Şəhid atası vəfat etdi
44 günlük Vətən Müharibəsində Zamanov Vüqar şəhid oldu.
1 ili tamam olmadan atası İsmayıl bu gecə dünyasını dəyişdi.
Özünəməxsus hörmət sahibi idi İsmayıl Zamanov, dik duruşu, gülər üzü, mülayim danışığı, xeyirxahlığı ilə seçilərdi. Vüqar kimi mərd övlad yetişdirmişdi. Nələr desək də azdır onun haqqında.
«Hər şeyə dözmək olar, hər şeyə dözməyə güc tapar insan, ancaq övlad dərdinə dözmək olmur. 60 il yaşamışam, hər şeyə dözmüşəm, ancaq övlad dərdinə dözmək olmur» deyirdi, həm Şəhid qardaşı, həm də şəhid atası olan İsmayıl Zamanov.
Allah sənə rəhmət eləsin!
Tural Nəbiyev (Fb)