08.09.2024

Vətən müharibəsi şəhidinin doğum günüdür

Daşqın Şəfiyev Hidayət oğlu 22 Avqust 1989-cu il Rusiyanın Krasnodar şəhərində doğulub .1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub.

Daşqın Şəfiyev təkcə şəhidliyi ilə deyil, ağır döyüşlərdə belə xalqda, yaxınlarında pozitivlik yaratmaq üçün etdiyi şən zarafatla da ürəklərə köçdü: “Bir qız status paylaşıb ki, 30 il alınmayan Qarabağı aldılar, bircə məni alan olmadı. Gözəl insan, gözəl xanım, sən gecə-gündüz əsgərlərimiz üçün dua et, biz Qarabağı alaq, yerin dibində də olsan, səni tapıb mən özüm alacam.”


 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Daşqın Şəfiyev ölümündən sonra «Vətən uğrunda» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: