Hərbçilərimiz Türkiyəyə təlimə yollandılar

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri “Qardaş briqada layihəsi” çərçivəsində Türkiyədə təlimdə iştirak edəcəklər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbçilərimiz təlimdə iştirak etmək üçün artıq Gelibolu vilayətindədirlər.
““İki dövlət, bir millət” anlayışı ilə tək yumruq olmağa davam edirik”, — deyə məlumatda qeyd olunub.
Mənbə: Qafqazinfo

