Yanğından çıxıb yağmura düşən Türkiyə
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı artıq 40-a yüksəlib.
Anews.az «TRT Haber»-in verdiyi xəbərə görə, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.
Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.
Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.