23.11.2024

Ermənilər Əsgərandan Xankəndinə butulkalarla su daşımağa başladılar…

Azərbaycan Respublikasının Əsgəran şəhərinin qanunsuz separatçı erməni “meriyası” Xankəndinə su çatdırılması üçün boş qabların toplandığını elan edib.

Veteran.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb. «Əsgəran meriyası sabah —  avqustun 13-ü səhərdən başlayaraq suyun verilmədiyi Stepanakert şəhərinə içməli su çatdırmaq üçün 5-6 litrlik boş şüşələr və ya eyni həcmdə və daha çox başqa qablar toplamağa başlayır» –deyə  Əsgəran meri Hayk Şamiryan jurnalistlərə açıqlamasında bildirib” – xəbərdə belə deyilir. 

Xatırladaq ki, artıq 7-ci gündür ki, Xankəndi şəhərinin təxminən 30 faizinə su verilişi dayandırılıb. Separatçı-terrorçu erməni rejimi su qıtlığına əsas iki səbəb göstərir: çayların quruması və guya müharibədən sonra Xankəndinin əhalisinin 20 faiz artaraq 75 minə çatması…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: