15.10.2024

31 il öncə törədilmiş terroru unutmadıq

Erməni terrorçularının Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusu partlatmasından 31 il ötdü.

1990-cı ilin 10 avqustunda Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Cinayəti törətmiş erməni terrorçuları Armen Avanesyan və Mixayıl Tatevosov həbs olunub.

1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər.

M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: