AVMVİB fəxri üzvünü təltif etdi
44 günlük Vətən müharibəsi günlərində daim ordumuzun və şəhid ailələrinin yanında olan, öz maddi və mənəvi dəstəyini əsirgəməyən, daim müharibə veteranlarının yanında olan vətənpərvər gənclərimizdən saydığımız Ramil Hüseynli Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvü seçilib və göstərdiyi xidmətlər «Milli Ordu 100» Xatirə medalı ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov Ramil Hüseynlini təltif münasibətiylə təbrik edərək, bundan sonra da belə xeyirxah işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
O, bildirib ki, hər bir Azərbaycan vətəndaşı ordumuzun, qazilərimizin, şəhid ailələrinin və Ali Baş Komandanımızın yanında olmalıdır. Vətənin taleyüklü məsələlərində hədəfimiz bir olmalıdır. Bir daha təbrik edirəm!
N. Məmmədli