Hikmət Hacıyevdən Şuşa ilə bağlı PAYLAŞIM
«Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı gözəl Şuşaya səfərimizi başa vurduq».
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında bildirib.
«Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar, bərpa və qorunma planlarına dair qeydlər apardılar. Ziyarətə qatılan hər kəsə təşəkkür edirik», — Hacıyev vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Füzuli rayonuna və Şuşa şəhərinə səfəri həyata keçirilib.