İtkin zabitimizin 9 ay sonra şəhid xəbəri gəldi
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
9 aydır itkin düşən kapitan Əkbər Pənahovun şəhid olduğu müəyyənləşib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ə.Pənahovla sonuncu dəfə Murovdağda olarkən əlaqə saxlanılmışdı.
Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.
Allah şəhidlərimizə rəhmət eləsin!