22.11.2024

Xüsusi tapşırıqların «Canavar Döyüşçü»sü

BAŞ KƏŞFİYYATÇI-İSTEHKAMÇI — XIDIROV

Xıdırov Orxan Bəhruz oğlu. 13 noyabr 1991-ci ildə Şabran rayonunda anadan olub.

Xıdırov Orxan Şabran rayon Tofiq Abbasov adına 1 N°- li tam orta məktəbi bitirib. 02 yanvar 2010-cu ildən 01 iyul 2011-ci ilə kimi «414 nömrəli Xüsusi Təyinatlı Kəşfiyyat Briqadası»nda həqiqi hərbi xidmətdə olub. Xidmət zamanı komandir və böyük rəislərinin öyrətdikləri xüsusi bacarığları dahada təkmilləşdirmək məqsədi ilə Hərbçi olmağı qərara alan Orxan 2012-ci il iyul ayinda Silahlı qüvvələrin Təlim Tədris Mərkəzində üç ay müddətinə çavuş hazırlığı kursuna», » Kəşfiyyat qrup komandiri» ixtisasına yiyələnir. Kursu fərqlənmə ilə bitirib. Bundan sonra Orxan Xıdırov 07 oktyabr 2012 ildə Fizuli rayonunda yerləşən «N» saylı hərbi hissənin Kəşfiyyat bölməsində xidmətə başlayıb.

Xidmət zamanı — 2013 -cü ildə Alıxanlı istiqamətində 2 dəfə düşmənin basqınının qarşısını alan dəstədə döyüş tapşırığını yerinə yetirib. Həmin doyüşdə düşmən itkilərini neytral ərazidə qoyaraq qaçmışdı.

Bir müddətdən sonra Orxanın xidmətdə olduğu hərbi hissəyə Xüsusi Təyinatlı Qüvvələrdən seçimə gəlirlər. Bu zaman XTQ nin ilkin tələb etdiyi standart normativləri 100 balla verərək Xüsusi Təyinatlı Qüvvələrə seçilən Orxan XTQ — nin kursuna qatılıb. 370 nəfərin qatıldığı XTQ kursunu bitirən 26 nəfərdən biri olan Orxan Xıdırov, 2015 — ci ildə Fizuli rayonu istiqamətində yenə düşmən təxribatının qarşısını alan dəstədə olur. 2017 ci ildən xidmət yeri dəyişdirilərək Tərtər rayonunda «N» saylı hərbi hissəyə (Tərtər Kəşfiyyatına) göndərilir.

27 sentyabr 2020 — ci il tarixində düşmənin növbəti təxribatının qarşısını almaq məqsədi ilə Orxangilin qrupu böyük fədakarlıqlar göstərdi. Bir gecəyə Ağdərə istiqamətində 22 düşmən postunu işğaldan azad etdilər.

Həmin postlara gedərkən qarşılarına çıxan bütün növ mühəndis maneələri — tank əleyhinə, piyada əleyhinə qəlpəli və fuqaslı minaları zərərsizləşdirərək qrupunun şəxsi heyyətini həmin təhlükəli ərazidən çıxara bilir, Orxan Xıdırov.

«Murov 3454 yüksəkliyi», Mübariz İbrahimovyn şəhid olduğu post -» 457 yüksəkliyini», Talış, Suqovuşan və «530 yüksəkliyi»n alınmasında qəhrəmanlıq göstərən Orxan Xıdırov 530 yüksəkliyində yaralanıb.

Bütün bunlardan başqa Xıdırov Rəhbərlikdən verilən bir neçə xüsusi tapşırığı düşmənin arxasında fərdi şəklində yerinə yetirib. Şəhidimiz çavuş Abbasov Ramil ilə birlikdə 708 nömrəli H/H- nin, motoatıcı taborunu düşmən pusqusundan çıxarılmasında xüsusi rolu olub. Bu əməliyyatdan sonra döyüş yoldaşları onu ,,Canavar» döyüşçü deyə çağırırdılar.

«530 yüksəkliyi»nə də düşmənin minaatandan açdığı atəş nəticəsində qəlpə yarası, baş — beyin silkələnməsi, hər iki qulağın perforasiyası və kəllə travması alan Baş Kəşfiyyatçı, MAXE Çavuş Orxan Xıdırov Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə «İgidliyə görə» medalı, «Cəsur döyüşçü» medalı, «Kəlbəcərin azad olunmasına görə» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.

Tarixi Gülüstan qalasınının azad edilməsində də qrup rəhbəri olan Xıdırov düşmənin bir bölüyünü oradan güllə atmadan hədə ilə qovmuşdu.

Müəllif: #HistoryOfTheWar Qafqaz Qabil — Müharibə Tarixi

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: