Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi
Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib.
Bu barədə report-a şəhidin ailə üzvləri bildirib.
Belə ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Köçəsgər kəndinin 3 nömrəli küçəsinə Y.Babayevin adı verilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci ilin iyul ayının 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olub.
O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən 2 gün sonra — iyulun 16-da onun qızı dünyaya gəlib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Y.Babayev ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilib.