22.11.2024

İcra hakimiyyətində iki qaziyə vəzifə verildi

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun müvafiq əmri ilə Vətən müharibəsinin qaziləri işə qəbul edilib.

Qazilər Yasamal rayon İcra Hakimiyyəti aparatı strukturunda yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə” təyinat alıblar.

Şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı Samir Ismiyev təyin edilib. Samir Ismiyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Murovdağ silsiləsində Ömər yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Hərbi rütbəsi polkovnik-leytenantdır.

Digər Vətən müharibəsi iştirakçısı Tural Əsgərov isə şöbəyə böyük məsləhətçi təyin edilib. Tural Əsgərov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatlımış və Füzuli, Cəbayıl və Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsində iştirak edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: