08.09.2024

Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra ediblər

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı — 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: