HAVELSAN direktoru: “Can Azərbaycanı hər zaman qardaşımız olaraq görürük”
Azərbaycan və Türkiyə böyük bir ortaq mədəni irsin iki qardaş təmsilçisidir. Dilimiz bir, dinimiz bir, yolumuz bir, izimiz birdir. Çünki tariximiz birdir.
Bu sözləri HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik məktubunda bildirib.
“Can Azərbaycanımızı hər zaman qardaşımız olaraq görürük. 44 günlük müharibədəki böyük zəfərə görə də Azərbaycanı təbrik edirik. Şəhid olan hərbçiləri və mülki vətəndaşları rəhmətlə anırıq.
Azərbaycan dövlətinin çox yaxşı liderliklə idarə olunduğunu, Prezident İlham Əliyevin çox yaxşı hədəflər qoyduğunu və Prezidentimiz Rəcəb Tayyib Ərdaoğan ilə çox yaxşı münasibətləri olduğunu görürük.
Bu münasibətlə, Azərbaycan Silahlı Qüvvələri Gününü təbrik edirəm və bir millət, iki dövlət anlayışı ilə azərbaycanlı can qardaşlarımıza sevgilərimi, sayğılarımı göndərirəm”, – deyə HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar bildirib.(Alp.az)