22.11.2024

Türk ordusu şəhid verib

Pençe-İldırım Əməliyyatı bölgəsində bir nəfər şəhid olub.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, əməliyyat bölgəsində həyata keçirilən raket hücumu nəticəsində yaralanan Məhəmməd Əli Akın xəstəxanada edilən müdaxilələrə rəğmən xilas ola bilməyib.

Türkiyə Müdafiə Nazirliyin açıqlama yayıb:

“Separatçı terror təşkilatı tərəfindən 11 iyun 2021-ci ildə Pençe- İldırım Əməliyyatı bölgəsində həyata keçirilən raket hücumu nəticəsində qəhrəman yoldaşlarımızdan biri ağır yaralandı, yerləşdirildiyi xəstəxanada edilən bütün səylərə baxmayaraq xilas ola bilmədi.

Hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə səbr diləyirik ” – deyə bildirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: