08.09.2024

Azərbaycanlıların «Meqafonu» baykot etməsi işə yaradı

Azərbaycanlıların «Meqafonu» baykot etməsi işə yaradı

Rusiyada yaşayan bir qrup azərbaycanlı «Meqafon»un ofisinə gedərək şirkətdən izzahat tələb ediblər.

Bundan sonra şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib ki, “Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”,

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nda xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi.

Xatırladaq ki, erməni millətindən olan şəxsin «Meqafonun» rəhbərliyinə gətirilməsi ilə bu xətaya yol verildiyi bildirilir.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: