27.07.2024

Ailəsini ziyarətə gələn 42 yaşlı hərbçimiz qəfildən vəfat etdi

Azərbaycan Ordusunun baş giziri Ağayev Elman Ağamoğlan oğlu qəfildən dünyasın dəyişib.


Veteran.az xəbər verir ki, dünən sakini olduğu Biləsuvar rayonuna, ailəsinə baş çəkməyə gələn hərbçi bu gün evində qəfildən ürəktutmadan vəfat edib.


Qeyd edək ki, 1979-cu il təvəllüdlü baş gizir E.Ağayev 22 il Silahlı Qüvvələrimizdə xidmət edib.

O, Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. Vətən muharibəsində də yaralanan hərbçimiz «Kəlbəcərin azad olunmasına görə» medalı ilə təltif olunmuşdu. Qardaşı İlham Ağayev I Qarabağ müharibəsinin əlili və AVMVİB Biləsuvar rayon şöbəsi İdarə Heyətinin üzvüdür.

Ailəli idi, 3 övladı var.

AVMVİB Rəhbərliyi, AVMVİB Biləsuvar rayon şöbəsi rəhbərliyi və Fedai.az kollektivi AVMVİB üzvü, müharibə əlili İlham Ağayevə qardaşı müharibə veteranı Elman Ağayevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: