22.11.2024

Ordumuz geri çəkilmir, Qaragöldə 4 post qurur

Məndə olan məlumata görə, Zəngəzurda hər biri 15 əsgər olmaqla dörd Azərbaycan mövqeyi yaradılacaq!

Bakupost.az xəbər verir ki, bu sözləri Zəngəzurun (Sünik) keçmiş başçısı, Dirçələn Ermənistan Partiyasının lideri Vahe Hakobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, bugünkü danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.

“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq. Mənasızlıq ondadır ki, bizi öz torpaqlarımızda mümkün qədər çox əsgər və mövqelərə sahib olmağa məcbur edirlər.

Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.

Belə çıxır ki, onlar nəinki buradan çıxmadılar, əksinə onlarda artıq postlar və əsgərlər də olacaq!

Səlahiyyətli orqanlar Ermənistan Respublikasının dövlət sərhədini qoruya bilmir, faktiki olaraq sərhədlərimizin dərinliyinə daxil olub qalan azərbaycanlıları qovmağa çalışdılar, lakin bacarmadılar!”

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: