22.11.2024

Ankara Vaşinqtondan MƏKTUB ALDI: Mühüm danışıqlar başlaya bilər

Türkiyə və ABŞ arasında «F-35» qırıcıları ilə bağlı problemin həlli üçün dialoq başlaya bilər.

Publika.az NTV telekanalına istinadla xəbər verir ki, Türkiyənin müdafiə sənayesi komitəsinin sədri İsmayıl Demir Ankaranın «F-35» məsələsi ilə bağlı artıq Vaşinqtondan məktub aldığını deyib.

Xatırladaq ki, bir qədər öncə ABŞ Türkiyəni «F-35» döyüş təyyarəsinin istehsalı proqramından çıxarıb. Buna səbəb Ankaranın Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini alması olub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: