21.11.2024

Veteranlar AVMVİB zona müşavirəsini müzakirə edirlər

AVMVİB-nin Tərtər rayonunda keçirdiyi müşavirə rayon şöbələrinin ciddi marağına səbəb olub. AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir sədri şöbəsinin sədri Natiq Həsənov müşavirə baradə sayta açıqlama verib.

N. Həsənov bildirib ki, bu müşavirə tam zamanında keçirilib və iştirakçıların rəğbətinə səbəb oldu.10 rayon şöbəsi veteranlarının cəbhə bölgəsində bir araya gəlməsi alqışlanmalıdır. Xüsusən də müşavirədə AVMVİB sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin I müavini Kamil Şirinovun müşavirədə etdiyi çıxış hər bir veteranın ürəyincə oldu. Bölgə veteranları adından mən də çıxış edərək bu cür yığıncaqların mütamadi keçirilməsinin əhəmiyyətini qeyd etdim. Belə yığıncaqlar bölgə veteranlarının daha sıx təmasda olmasına təkan verir. qışlanmalıdır. AVMVİB Rəhbərliyi və rayon şöbələri, istər gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində, istər hərbi hissələrdə zabit və əsgər heyətiylə keçirilmiş görüşlər, istərsə də təşkilatımızın üzvü olan müharibə veteranlarının fərqləndirilməsi, onların Xatirə medallarıyla təltif edilməsi bu il ərzində böyük işlər görmüşük və bu fəaliyyəti davam etdirəcəyik.

AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov daha sonra bildirdi ki, qarşıdan Ordu günü və AVMVİB-nin 25 illiyi gəlir. Bu münasibətlə də tədbirlər planımız var.Ən başlıcası veteranlarımızın başlatdığı şəhid qardaşlarımızın ailələrinə baş çəkməyi davam etdirəcəyik. Unudulmuş döyüşçü qardaşlarımızla təmaslarımızı artıracağıq. Çünki veteranlara qarşı biganəlik və onların unudulmağa tərk edilməsi erməni planının tərkib hissəsidir. Bu işdə əli olan kim olursa olsun, mənfur düşmənə ayı xidməti göstərir və onların sifarişlərini yerinə yetirir. Ölkəmizin Ali Baş Komandanı cənab İlham Əliyev dönə-dönə müharibə iştirakçılarına qayğının artırılması barədə göstəriş və tapşırıqlar verib. Lakin hələ də bəzi məmurlar öz ampulalarındadır. AVMVİB belələrinin daim qarşısındadır və belə də davam edəcək. Fedai.az saytı da bu işdə daim bizlərin yanındadır və daim ədalətli mövqedən yanaşaraq neqativ halların aradan qaldırılmasında bizlərə yardımçı olur.

N. Həsənov müharibə veteranlarına qayğının artırılması ilə bağlı qeyd etdi ki, bu il 64 minlik bir təşkilatın 25 illiyini qeyd edəcəyik. Yazçılar Birliyi, Rəssamlar Birliyi, müxtəlif ölkələrin müdafiəsində iştirak etmiş ictimai təşkilatlara büdcədən vəsait ayrılsa da öz Vətənimizi qorumuş döyüşçüləri birləşdirən bir təşkilata «Veteranlar haqqında» Respublika qanununda nəzərdə tutulsa da rəsmən yazırlar ki, bu mümkün deyil. Çox güman ki, bizim müraciətlərə baxanlar bu imtinanın arxasında dayanan məkrli məqsədin fərqindədirlər. İnanıram ki, 25 illiyimizi veteranların Ümumrespublika toplantısı şəklində qeyd edə biləcəyik…

Elnur Səlim

VETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏR
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: