Şəhid polkovniklərin adı əbədiləşdirildi — Foto
Göyçay şəhərində Vətən müharibəsində qəhrəmancasına şəhid olan polkovnik Babək Səmidli və polkovnik-leytenant Vidadi Xəlilovun adları verilən küçələrin açılış mərasimi keçirilib.
Axar.az-ın yerli bürosunun xəbərinə görə, açılışda rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edib.
Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan mərasimdə polkovniklərin döyüş yolundan danışılıb.
Daha sonra şəhidlərin adları verilən küçələrə nişanlar vurulub.
Nişanlar və xatirə lövhələrinin vurulması şəhidlərin övladlarının iştirakı ilə baş tutub.