Müharibə veteranlarına müavinət, təqaüd və kompensasiya üçün sənədlərin siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 9 yanvar tarixli 2 nömrəli və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli qərarlarında dəyişikliklər edib.

Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın 1-ci hissəsindən “və “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli Fərmanının 1.9-cu bəndi” sözləri çıxarılıb. Həmçinin Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə — “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib: — 2.22-ci bənd (müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün) və 2.24-cü bənd (müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün) ləğv edilib. Qərar aşağıdakı məzmunda 2.33-cü bənd əlavə olunub: “2.33. müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün: 2.33.1. müharibə veteranı vəsiqəsinin surəti.”

Qərarın 2-ci hissəsi 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •