Vətən müharibəsi şəhidinin xatirəsi iş yoldaşları tərəfindən əbədiləşdirildi — FOTO

Vətən müharibəsində şəhid olan Allahverdi Novruzovun xatirəsi iş yoldaşları tərəfindən əbədiləşdirilib. 

Demokrat.az-ın xəbərinə görə, «Security Operation Services» (SOS ) şirkətinin əməkdaşı olan Allahverdi neft obyektlərinin mühafizəsində çalışıb. 

Onun işlədiyi yerdə xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə şəhidin valideynləri də iştirak edib. 

«Security Operation Services» şirkətinin kollektivi tərəfindən şəhidin valideynlərinə plaket təqdim olunub.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar SOS şirkəti tərəfindən şəhid ailələri ziyarət olunur, onlara bayram sovqatları verilir, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •