AVMVİB sədri Füzuli Rzaquliyev Mədəniyyət komitəsinin sədri Q. Paşayevanı Fəxri Fərmanla təltif edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q. Paşayeva Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb.

F. Rzaquliyevi və rəhbərlik etdiyi təşkilatın üzvlərini Vətən Müharibəsi dövründə əhalinin düzgün məlumatlandırılması sahəsində, eləcə də, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində yaxından iştirakı, müharibə veteranlarının qayğılarının öyrənilməsi və problemlərinin həlli sahəsində davamlı fəaliyyətinə görə təşəkkür edib və xatirə hədiyyələri təqdim edib.

F. Rzaquliyev səmimi qəbul üçün Komitə sədrinə təşəkkür edərək ona birliyin Fəxri Fərmanını təqdim edib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 4
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    4
    Поделились