20.04.2024

İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

«BakuPost» xəbər verir ki, 46 yaşlı zabitimizin nəşi itkin düşməsindən 4 ay 23 gün sonra Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. O, doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qalıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: