Müdafiə Nazirliyi qazi anasından üzr istədi — FotoFakt

Bir neçə gün öncə Müdafiə Nazirliyinin Tibb Baş idarəsi qazi anasının müraciətinə cavab məktubunda qazinin adını məktubun giriş hissəsində Şahin Quliyev, məktubun mətn hissəsində isə Azər Əliyev kimi göstərib. Yayımlanan bu məktub sosial mediada sərt tənqid və qınaqlarla qarşılanıb.

Correct.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu göndərib. Müdafiə Nazirliyindən ünvanladığımız müraciətə cavab olaraq bildirilib ki, məktubun tərtibatı zamanı mexaniki səhvə yol verilib.

 “Bildiririk ki, düzəliş olunaraq məktub valideynə yenidən göndərilmişdir. Yol verilən mexaniki səhvə görə valideyndən üzr istəyirik”.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •