28.03.2024

AVMVİB Gəncə şəhər və Göygöl rayon şöbələri hərbi hissədə olublar

AVMVİB Gəncə şəhər və Göygöl rayon şöbələri AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun verdiyi məlumata görə, AVMVİB üzvü olan bölgə veteranlarının iştirakıyla Gəncə şəhər hərbi prokrorluğunun təşkilatçılığı ilə «ön cəbhədə yerləşən «N» saylı hərbi hissədə xidmət edən hərbçilərimizlə görüş keçiriblər.

AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov və Gəncə Hərbi prokrorunun müavini Ceyhun Cəfərov əsgərlərimiz qarşısında çıxış ediblər.

Çıxışlarda bildirib ki, bu cür görüşlərin cəbhə bölgəsində xidməti vəzifələrini yerinə yetirən əsgərlərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rolu var. Vətənimizi müdafiə edən gənc əsgərlərimiz keçmiş döyüşçülərlə müttamadi görüşlərinin təşkili, məhz bu ruhu daim yüksək saxlamağa xidmət edir. Həmçinin Azərbaycan Ordusunun regionun ən güclü ordusu olması və torpaqlarımızı azad etməyə daim hazır olması vurğulanıb.

AVMVİB şəhər və rayon şöbələri bundan sonra da bu cür tədbirləri davam etdirməyi planlaşdırırlar.

Müəllif: Elnur SƏLİM

AVMVİB Gəncə şəhər və Göygöl rayon şöbələri hərbi hissədə olublar
AVMVİB Gəncə şəhər və Göygöl rayon şöbələri hərbi hissədə olublar
AVMVİB Gəncə şəhər və Göygöl rayon şöbələri hərbi hissədə olublar
AVMVİB Gəncə şəhər və Göygöl rayon şöbələri hərbi hissədə olublar
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: