19.04.2024

AVMVİB Mingəçevir şöbəsində təltif mərasimi

AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənovun verdiyi məlumata görə, şəhər şöbəsində fəal müharibə veteranlarının Xatirə medallarıyla təltifetmə mərasimi keçirilib.

N. Həsənov bildirdi ki, AVMVİB Mingəçevir şəhər şöbəsi rəhbərliyinin yekdil qərarıyla şəhid Tahir Abdulla oğlu Şamxalova da ölümündən sonra təşkilatın təsis etdiyi xatirə medalı şəhidin ailəsinə təqdim edilib.

Həmçinin, AVMVİB Mingəçevir şəhər şöbəsinin fəal üzvlərindən olan müharibə veteranlarıMirismayıl İsmayıl oğlu Salahov və Yaşar Şirəli oğlu Salahov Xatirə medallarıyla təltif olunublar.

Təltif olunan müharibə veteranlarını təbrik edən N. Həsənov müharibə veteranlarına qələbə medalı taxacaqları günləri arzuladı.

Təbrik edirik!

Müəllif: Azər BAYRAM

AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİ
AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİ
AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİ

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: