29.03.2024

AVMVİB Ağdaş rayon şöbəsində

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev və şöbə üzvləri Ləki kənd orta məktəbində şəhidlərə həsr edilmiş Xatirə kompleksinin açılışında iştirak ediblər.

Ləki kənd orta məktəbinin 7 şagirdi Vətən uğrunda gedən döyüşlərdə şəhid olublar. Abidənin açılışında çıxış edənlər Qarabağ uğrunda gedən döyüşlərdən, xalqımızın apardığı qəhrəmanlıq mübarizəsindən və Ordumuzun bu gün qüdrətli bir hala gəlməsindən danışdılar. Şəhid olmuş məzunlar öz məktəblərinə şəhid kimi uca bir məqamda yenidən öz məktəblərinə «döndülər».

Məktəbin direktor müavini Amaliya Mahmudova və məktəbin gənclərin çağırışa qədərki hərbi hazırlıq üzrə rəhbəri Əflatun Məmmədov şəhidlərə həsr edilmiş Xatirə kompleksinin ərsəyə gəlməsində xüsusən fərqlənmişlər. Onların bu əməyini qiymətləndirən AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev direktor müavini Amaliya Mahmudovaya Fəxri fərman və gənclərin çağırışa qədərki hərbi hazırlıq üzrə rəhbəri Əflatun Məmmədova isə Təşəkkürnamə təqdim etdilər.

Müəllif: Habil CƏFƏROV
Ağdaş

AVMVİB AĞDAŞ RAYON ŞÖBƏSİNDƏ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: