AVMVİB Rəhbərliyi təltif olunan üzvlərini təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı şəxslər təltif edilsinlər:

Təltif olunanlar arasınsda Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin 3 nəfər üzvü də var. AVMVİB Rəhbərliyi təltif olunan bütün müharibə veteranlarını bu təltif münasibətiylə təbrik edir.

“Azərbaycan Bayrağı” ordeni ilə

Çaybasarlı Elçin Rəhman oğlu – istefada olan mayor

Həsənov Zahir Şamxal oğlu – istefada olan leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Şirinov Habil Sabir oğlu – istefada olan tibb xidməti polkovnik-leytenantı

Silahlı Qüvvələrin 102-ci ildönümü münasibəti ilə Ali Baş Komandan tərəfindən təltif olunanlar arasında N saylı alayda 1992-ci ilin iyun ayından qərargah rəisi kimi döyüşlərə qatılmış Çaybasarlı Elçin Rəhman oğlunun da adı var. Gülüstan, Ağdərə, Beyləqan, Füzuli və s. istiqamətlərdə gedən döyüşlərdə iştirak edib. Füzuli uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun komandiri olub. Ağdərə rayonunun bir sıra kəndlərinin düşməndən azad edilməsində, Füzuli rayonu Qaraxanbəyli, Alxanlı kimi yaşayış məntəqələrinin azad edilməsində iştirak edib. Döyüşlərdə 3 dəfə yaralanıb. Onun Vətən qarşısındakı xidmətləri «Azərbaycan Bayrağı» ordeniylə təltif olunub. AVMVİB-nin üzvüdür.

На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 1 человек, стоит, дерево и на улице

Silahlı Qüvvələrin 102-ci ildönümü münasibəti ilə Ali Baş Komandan tərəfindən təltif olunanlar arasında N saylı Füzuli könüllü özünümüdafiə taborunun keçmiş komandiri, Horadiz əməliyyatının uğurla nəticələnməsində rolu olmuş N saylı hərbi hissənin 2-ci taborunun komandiri Zahir Həsənovun da adı var. Zahir Həsənov Füzuli uğrunda gedən döyüşlərdə, o cümlədən uğurlu Horadiz əməliyyatında şücaətlər göstərib. Ali Baş Komandan tərəfindən «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunan Zahir Həsənov AVMVİB üzvüdür.

На изображении может находиться: 1 человек, на улице
На изображении может находиться: 13 человек

Azərbaycan hərbi tibbi xidmətini yaradıcılarından olmuş, istefada olan tibb xidməti polkovnik-leytenantı Habil Sabir oğlu Şirinov da var. “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Habil Şirinov hadisələrin ilk günündən, 1988-ci ildən Ağdərə rayonu İmarət Qərvənd kəndində erməni separatçıları ilə mübarizədə iştirak edib. Daha sonra Kəlbəcərdə və Laçında hərbi hospitalın formalaşdırılmasında və qoşunların tibb xidmətinin təşkilatçılarından biri olub.

Azərbaycan Ordusunda hərbi səhra tibb təminatının yaradıcılarından olan Habil Şirinov, hərbi həkim kimi atəşkəsdən sonra da hərbi hospital rəisi və ordu korpusunun tibb xidmətinin rəisi vəzifələrində çalışıb. Onun sayəsində yüzlərlə ağır yaralı əsgərimiz sağalaraq, həyatda qalıb. AVMVİB üzvüdür.

На изображении может находиться: 1 человек
На изображении может находиться: 3 человека, борода

Siz daha böyük mükafatlara layiqsiniz, əziz veteranlar. Təbrik edirik!

AVMVİB Mətbuat Xidməti

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Shares