Heydər Əliyev Bolqar türklərini repressiyadan necə qurtardı?

Bolqarıstanda 1980-ci illərin əvvəllərindən başlayaraq bolqar türklərinə qarşı repressiya başlamışdı. 

Mərhum  jurnalist, birvaxtlar ulu öndər  Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olan  Aleksandr İvanov öz xatirələrində həmin hadisələri belə xatırlayır: ”Bu zaman Sov.İKP MK Siyasi bürosunun üzvü Heydər Əliyev Bolqarıstana bir neçə səfər etdi. Burada türklərin ad və soyadlarının zorla dəyişdirilərək bolqarlaşdırılması prosesi gedirdi, Ramazan və Qurban bayramları qadağan edilmişdi. 4 min türk qətlə yetirilmiş, 30 min nəfəri zindana salınmışdı.”

Tarixçi Nadir Əsgərov  H.Əliyevin Todor Jivkovun antitürk siyasətini tənqid etdiyini, onu SSRİ — Türkiyə, SSRİ-Bolqarıstan münasibətlərinə xələl gətirməsində günahlandıraraq dərhal bu prosesin dayandırılmasını SSRİ rəhbərliyi adından tələb etdikdən sonra bu prosesin dayandığını qeyd edir.

Aleksandr İvanov isə xatirələrində qeyd edir ki, telefon danışığında H.Əliyev Jivkovu hədələyərək bu prosesi dərhal dayandırmağı tələb etməsi gözləri önündə baş verib. (News12.az)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •