Hikmət Hacıyev əsirlərin geri qaytarılmasından danışdı

Azərbaycan hər zaman girovların «hamının hamıya» prinsipi əsasında geri qaytarılması prinsipinə sadiqdir, lakin Ermənistan tərəfi həmişə bu məsələdən qaçır.

BPunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, koronavirus pandemiyası dövründə də beynəlxalq təşkilatlar girovların qarşılıqlı qaytarılmasının vacibliyini vurğulayırlar: “Hesab edirik ki, koronavirus pandemiyası dövründə əsir və girovların dəyişdirilməsi həyata keçirilməldir. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir və bundan boyun qaçırır”.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •