Hitlerin türklərdən oğurladığı «ÖZ» tamğası-FOTOLAR

Hitler, üstün irq iddiası ilə dünyaya hakim olmaq üçün bir qaynaq axtarırdı. O dövrdə irəli sürülən Hind-Avropalı sivilizasiyana sarıldı və hind-german adlandıracağı bir imperiya qurmaq istədiyini bildirdi. O vaxtlar, nümunə olaraq, Hindistanda və Tibetdə işlənən qamalı xaç formalı svastikanı götürdü və natsistlərin simvoluna çevirdiı.

Qaşqarda Türk kilimlərində «Oz» Tamğası

Ancaq bu tamğa Türk köçəriləri vasitəsilə Hindistana getdiyi məlumdur və ümumiyyətlə yerləşdiyi bölgələr qədim türk bölgələri, Türk köçəri yolları üzərində yerləşir. Bundan başqa, mədəniyyətin davamlılığı yalnız türklərdə izlənilir. Məsələn, Tibetdən Romaya, qədim Yunanıstandan Yaponiyaya qədər bir çox mədəniyyət və sivilizasiya simvolları bəzəklər kimi istifadə edilmişdir. Bu tamğa yalnız Türk bölgələrində davamlılığın olmasını göstərir.

«OZ» Tamqası, Türk millətinin minlərlə ildir istifadə etdiyi bir işarədir. Bu, təbiət dövriliyinə, Tanrıya qayıdışa işarədir. Bu simvol erkən dövrlərdə Anadoluya daxil olan Türklərin qəbirlərində, Səlcuqlu Memarlığında və yaxın tarixdə Alevi məzar daşlarında istifadə edilmişdir.

Ön Türkcədə tərsinə (L) hərfi «OG» damğasıdır. Anlamına gəlıincə isə fəlsəfi-yüksək düşüncə, yəni Tanrıya çatmaq üçün lazım olan düşüncə deməkdir.

Ön atalarımız 4 ədəd «ÖG» damğasını birləşdirərək uçlardan xaç şəklində formalaşdırdılar. 4 ədədi dörd dünyaya aiddir, yəni 4 aləmdə Tanrıya çatma düşüncəsinə yetmək deməkdir.

Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLAR

Xaç deyilən forma, Ön-Türkcədə «OQ» damğasıdır. Günahsız olmaq deməkdir. IV əsrdə Vatikan tərəfindən qəbul edilmişdir.

Qeyd-Fedai.az: Elə həmin ildə Nestor çıxış edərək bu Türk idollarının kilsələrdən yığışdırılmasına çağırmışdı və bu çağırışa görə ölkədən qovularaq Azərbaycanın Marağa şəhərinə qaçıb sığınmışdı…

Əslində, bu forma xaç deyil, «ÖZ» tamğasıdır. Əl işlərində bu şəkil əsasən 5 qollu verilir və adı da «yanar-dönər» adlanar. Çünki forma bir dönmə hissi verir. Bu «ÖZ» tamğası Ruhun Tanrıya dönməsini ifadə edər.

Kandira xəzinəsindəki 123 parça sikkə üzərində bu Ön-Türk tamğasını tapırıq (Prof. M.Tekin, Bizans Sikkeleri, Yapı Kredi Bankı). Araşdırmaçılar bu tamğanı «yel dəyirmanı» olaraq qiymətləndirmişlər.

İstanbul Arxeologiya Muzeyində Bizans sikkələri adlı 1 nömrə ilə qeyd olunan sikkələr də bu tamğanı daşıyır (Prof. A. Alpay, İstanbul Arş., Muş Turizm, 1995).

M.Ö. 500-cü il tarixi verilmiş bu sikkələr, bu tarixdə Bizanslıların deyil, əvvəlcədən atalarımızın İstanbulda olduğunu göstərir.

Bu sikkələrin digər tərəfində isə Ön-Türk «OY-ÖGÜY», yəni hesablama qabiliyyəti yazılır (K. Mirşan).

«ÖZ» tamğası şəklində işlənmiş bu «OG» tamğaları bizim kilim və xalçalarımızda da mövcuddur.

Amasya Hatuniye Məscidində «Öz» Tamğalı xalça (şəkil).

Haluk Tarcana görə, xaç simvolunda olan əski mədəniyyət Türklərə məxsusdur. «ÖZ» tamğası aşağıdakı kimi Avropa dillərində səslənir.

İngiliscə crOSs
latınca croOCe
Germanca kreUZ
Yunanca stavrOSReed

Saz aşıqları da sazları ilə ozlaşdırır. Tanrıya qovuşurlar. Buna görə də saz aşıqlarına OZan deyilir.

Ozlaşaraq , eşq atəşiylə yanaraq Tanrılya qovuşmaq fikri Hacı Bektaş Vəli və Yunus Emreləri Anadoluya göndərən Əhməd Yəsəvi’nin əsas fəlsəfəsidir. Əhməd Yəsəvi üçün tikilmiş kompleksin əsas bəzək naxışları da tam ÖZ tamğası təşkil edir.

İRFAN KAYGISIZ ·
Türkiyə

P.S. Etrüsklərdə, saklarda, Altaylarda, Qobustanda və qeyri bütün türklərdə «ÖZ» tamğasının izləri günümüzədək gəlməkdədir. Sadəcə bu simvolumuzu faşizm məhv etdi və ləkələdi. Amma Tanrının lütfiylə bu gün dünyaya hökmranlıq edən xristianlar türk tamğasını öpməyə məhkum edilmişlər. Hələ min illər öncə də bu tamğadan istifadə edildiyini təsbit edən arxeoloji tapıntılar mövcuddur…

Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLAR
Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLAR
Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLAR
Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLAR
Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLAR
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share