20.04.2024

Nazirlik sosial sahəni buraxıb uğursuz dilçiliklə məşğul olur

Azərbaycan Respublikası BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasını ratifikasiya etməklə əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmətlə yanaşılması, onların bəşəriyyətin bir hissəsi kimi qəbul olunması kimi öhdəlikləri ilə yanaşı, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə şərəf və ləyaqəti alçaldıcı sözlərin ləğv edilməsi öhdəliyini üzərinə götürüb.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, bu səbəbdən qanunvericilik aktlarında istifadə edilən «qüsur» sözünün «pozuntu», «kəkələmə» sözünün «qeyri-iradi nitq pozuntusu», «kar» sözünün «eşitmə qabiliyyəti məhdud», «kor» sözünün «görmə qabiliyyəti məhdud», «lal» sözünün «nitq qabiliyyəti məhdud» sözləri ilə və s. əvəz edilməsi təklif olunur. Bununla bağlı hazırlanan layihə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunacaq. 

Atmaca: Qaldı «əlil» (şikəst) sözünə də bir alternativ tapaq, vəssalam, problem həll olundu. Əlil yox, kar yox, kor yox, lal yox, kəkov yox, kürkü yırtıq yox (yəni yoxsul), yetim yox, yetimçə yox (gərək valideynlərdən birini itirmişlərə də belə deyilsin), qoca, ahıl (vaxtı keçmiş, yəni «sroku keçmiş) yox və s. Düşünürəm ki, müharibə əlillərinə, müharibə veteranlarına «dayı düşməni» deyilsə, bəsləridir. Onlara bun da çoxdur.

Bax buna deyərlər islahat. Bilirdim ki, bürokratlarımızın balaları yekəlib, ingiliscə öyrənib ortaya çıxanda hər şey düzələcək. Bilirdim ki, filoloqu sosial işə buyuranda əlilin REABLİTASİYASI ilə deyil,»əlilin» ETİMALOGİYA ilə məşğul olacaq. Bərəkkallah. Bu da qoca-ələngə inəyi gənc düyə adına millətə sırımaq sosial aktının analoji davamıdır. Hələsi var. Gözləyin və bizi izləyin…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: