13.11.2025

Yardımlıda Zəfər Günü münasibətilə Anım tədbiri keçirilib

Zəfər Bayramı münasibətilə Yardımlı rayon Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, şəhid ataları, inzibati orqanların rəhbərləri, idarə və müəssisə rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub. Mərasim rayon Mədəniyyət Evində davam etdirilib. Burada çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində milli qürur və birlik rəmzi olduğunu vurğulayıblar, şəhidlərimizin xatirəsinin daim ehtiramla yad ediləcəyini, onların xidmətlərinin heç zaman unudulmayacağını bildiriblər.

AVMVİB-in Mətbuat xidməti

678
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: