19.03.2024

MÜHARİBƏ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ BİR ARADA…

Azərbaycan dövlətinin diqqət mərkəzində olan məsələlər içərisində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, hərbi qulluqçuların, müharibədə sağlamlığını itirən insanların, məcburi köçkünlərin etibarlı sosial müdafiəsinin təminatı hər zaman prioritet təşkil edir. Prezident İlham Əliyevin 2019-cu ilin ilk ayında bu yöndə imzaladığı Fərman və Sərəncamlar bu diqqət və qayğının təzahürüdür.

Dövlət başçısı İlham Əliyev yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdə bir daha bəyan etdi ki, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən qəhrəmanların ailə üzvlərinə dövlətin qayğısı davamlı olacaq. Ölkə başçısının şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərmanı bu fikrin əməli təsdiqinə çevrildi. Belə ki, şəhid ailələrinin üzvlərinin sosial müavinətlərinin artırılması ilə bağlı ölkə rəhbərinə müraciətinə münasibət də özünü çox gözlətmədi. Prezident İlham Əliyev bu müraciətə də dərhal reaksiya verdi, məsələni müsbət həll etdi, şəhid ailələrinə müavinətlərin artırılması ilə bağlı qərar qəbul etdi. Ölkə rəhbərinin bu həssas münasibəti də böyük rəğbət və məmnunluqla qarşılanıb. Çünki bu, sadəcə qayğı deyil, həm də bir qədirbilənlik nümunəsidir… 

Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşündə dediyi fikirləri xatırlayaq. Ölkə rəhbəri bildirdi ki, prezident seçiləndən sonra ilk Fərmanını şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verməsi təsadüfi deyil. “Mən istənilən sahə üzrə Fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır”.Sitatın sonu. Bununla da dövlət başçısı hər zaman bu qəbildən olan insanların yanında olduğunu sübut etdi.

Bu məsələləri müzakirə etmək üçün hərbi yönümlü təşkilatlar bir araya gəldilər. Bu barədə saytımıza məlumat verən AVMVİB sədri Füzuli Rzaquliyev veteranlar adından cənab prezidentin bu humanist addımını dəstəklədiklərini və alqışladıqlarını bildirdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: