29.03.2024

Bu gün onun ad günüdür: Tanıyın, tanıdın…

XTPD-də Qarabağ bölgəsindən xidmət edən ərənlər kifayyət qədər idi. Bunlardan biri ilə sizi yaxından tanış etmək istərdim.

Allahverdiyev Cahid Hüseyn oğlu Fizuli rayonu Yuxarı Əbdulrəhmanlı kəndindəndir.

1990 -ci ildə XTPD (OMON) sıralarında xidmətə başlayıb. Bütün döyüş tapşırıqlarını vaxtında dəqiq içra edib,fərqləndiyinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Bu gün Cahid üçün bayram bayrama qarışdı. Səbəbini indi bilərsiz…

AVMVİB-nin Sədri Füzuli Rzaquliyevin əmrinə əsasən Xüsusi Təyinatlı Veteran döyüşçü Cahid Allahverdiyev «Müharibə veteranı» və «Milli Ordu 100» medalları ilə təltif olundu. Sədr müavini Vahid Abdurəhmanov medalları təqdim etdi.

Bu gün həm də Cahidin ad günüdür. Təbrik edirik. 100 yaşa!

Bundan artığına layiqsən!

Müəllif: Sadiq QƏDİRLİ,
Müharibə veteranı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: