ABŞ-dan gözlənilməz: İrana yardıma hazırıq!

Koronavirusla bağlı İrana humanitar yardımlar sanksiyalara məruz qalmır.

Veteran.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O, ölkəsinin İrana yardım etməyə hazır olduğunu bildirib:

“Bütün dünya bilməlidir ki, İrana humanitar yardım kanalı geniş şəkildə açıqdır. Sanksiya altında deyil, İrana göndərilən dərman preparatlarına görə sanksiya tətbiq edilmir. Humanitar yardım üçün sanksiya yoxdur”.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •