29.03.2024

AVMVİB sədrindən Novruz təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan xalqını, o cümlədən döyüşçüləri, şəhid ailələrini, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla ordumuzun şəxsi heyətini tarixi minillərlə ölçülən və milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edib.


Təbrikdə deyilir: «Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yeri ilə seçilən Novruz bayramı digər mənəvi sərvətlərimiz kimi zaman-zaman qadağalarla üzləşmiş, 70 illik sovet əsarəti dövründə imperiyanın repressiya dalğası başqa maddi-mənəvi sərvətlərimiz kimi Novruz bayramından da yan keçməmiş, onun qeyd olunması yasaqlanmışdır.
Lakin qadağalara baxmayaraq xalqımız bu milli bayramı yaşadaraq bu günlərə gətirib çatdıra bilib. Hələ Sovet dövrü bu bayramın bərpasına nail olmuş Şıxəli Qurbanovun xidmətlərini unutmadıq.


Ümummilli lider Heydər Əliyev də Novruz bayramına böyük önəm verirdi. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.


Bu gün hər bir şəhidimizi rəhmətlə anaraq xalqımızı, bütün döyüşçülərimizi və şəhid ailələrini təbrik edirəm. Bu gün qarşılaşdığımız koronavirus bəlasını adlamağı və doğma Qarabağımıza qayıdışı hər birinizə arzu edirəm.


Novruz bayramınız mübarək!»
Elnur Səlim

Картинки по запросу "novruz bayrami"
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: