28.03.2024

Koronavirus ATƏT -in regiondakı monitorinqlərini də «vurdu»

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik regionda monitorinqlərin dayandırılması ilə bağlı bəyanat yayıb.

A. Kasprşik COVİD-19 infeksiyasının yayılmasından sonra yaranmış vəziyyətin beynəlxalq sərhədlərin bağlanmasına səbəb olduğunu bildirib.

Səfir qeyd edib ki, infeksiya riskini azaltmaq üçün beynəlxalq və yerli səfərlərə məhdudiyyətlər qoyulub. Bəyanata əsasən sadalanan faktorlar nəzərə alınaraq monitorinqlər dayandırılıb.

Xüsusi nümayəndə bununla yanaşı, hərbi hakimiyyətlə əlaqə saxlamağı davam etdirəcəyini bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: