29.03.2024

İranda üç dəhşətli ssenari: 3,5 milyon insan öləcək, 4 milyon…

İranda koronavirus pandemiyası ilə bağlı 3 mümkün ssenari hazırlanıb.

Publika.az
 xəbər verir ki, ölkənin ən nüfuzlu təhsil ocaqlarından olan Şərif Texnologiya Universitetində professor Əli Naki Meşayihinin rəhbərliyi ilə hazırlanan hesabatda virusun İrana təsirləri haqda 3 ssenari irəli sürülüb.

Birinci ssenari: Karantinin sərtləşdirilməsi və xalqın virusdan qorunması üçün tövsiyələrə tam əməl etməsidir. İnsanların 80 faizinin izolyasiyada qalacağı bu ssenaridə aprel ayının əvvəlinə qədər yoluxma sayının 120 min, ölü sayının isə 12 min olacağı proqnozlaşdırılır.

İkinci ssenari: Karantin qaydaları tam həyata keçirilməsə və insanların təmas səviyyəsi 50 faiz olarsa, aprel ayının əvvəlinə qədər yoluxma sayı 300 min, ölü sayı 110 min civarında olacaq.

Üçüncü ssenari: Karantin tətbiq edilməsə və insanlar virusdan qorunmaqla bağlı tövsiyələrə əməl etməsə, virusun yayılma sürəti 65 faizə qədər artacaq. Nəticədə yoluxma sayı 4 milyon, ölü sayı isə 3 milyon 500 min civarında olacaq. /Publika.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: