29.03.2024

Ağac əkmə aksiyası keçirilib

N saylı hərbi hissə yaxınlığında ağac əkmə aksiyası keçirilib.

Aksiyanın təşkilatçısı «Optimist» Sosial problemlərin həllinə yardım İctimai Birliyinin sədri, Dövlət Miqrasiya Xidmətinin ictimai şurasının üzvü Habil Niftəli olub.

Hərbi hissə ərazisində xeyli sayda ağac tingləri əkilib. Bu aksiyada hərbi hissədə xidmət edən əsgərlərimiz də iştirak edərək, ağac əkiblər.

Həmçinin ağac əkmə aksiyasında AVMVİB şöbə müdiri Akif Abbasov və AVMVİB Ağcabədi rayon şöbəsinin üzvləri də yaxından iştirak ediblər.

N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: