29.03.2024

AVMVİB Nəsimi rayon şöbəsi rəhbərliyi şəhid ailəsinə baş çəkdi — VİDEO

AVMVİB sözdə deyil, əməldə də şəhidlərimizin unudulmadığını və onlar daim bizimlə bir sırada olduqlarını onların ailələrinə, həmçinin cəmiyyətimizə təqdim etmək üçün şəhid döyüş yoldaşlarımızın adlarının ahılması artıq bir ənənə halını alıb.


AVMVİB Nəsimi rayon şöbəsi üzvləri və şöbənin sədri ehtiyyatda olan polkovnik, «Azərbaycan bayrağı» ordenli Elmar Hüseynov tez-tez belə tədbirlərə imza atır.


AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun verdiyi məlumata görə, AVMVİB-nin sədri Füzuli Rzaquliyevin əmri ilə Şəhid Rüstəmov Vüqar Malik oğlunun təltif olunduğu «Müharibə veteranı» xatrə medalı anası Hürzad xanıma təqdim edilib.


Xatirə medalı şəhid Vüqar Rüstəmovun anasına təqdim edilib.


Allah şəhidlərimizə rəhmət eləsin!
E. Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: