29.03.2024

Paşinyan ilk səfərini Gürcüstana etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib.

Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze N. Paşinyanla Bolnisi rayonunda qeyri-rəsmi formatda görüş keçirib. M. Baxtadze N. Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Görüşdə hökumət başçıları iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri barədə müzakirə aparıblar və məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Bu səfər qeyri-rəsmi səfər adlandırılsa da Paşinyan Ermənistanın köhnə streotiplərini pozduğu diqqətdən yayınmayıb…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: