Paşinyan Kim Kardaşyandan maddi yardım istədi…

2006-ci ildən indiyədək Ermənistanda son 13 il ərzində keçirilən «ÜMUMERMƏNİ» telemarafonunda toplanan yardımlar məlumat verilib.

Bu ilki toplanan yardım indiyədək olan yardımlardan ən az toplanan ilə yadda qaldı. Ermənistan baş naziri Paşiyan bundan narahat olaraq canlı yayımda 3 imkanlı erməniyə müraciət edib. Bunlar: Kim Kardaşyan, Serj Tankyan və Aleksis Ohanyan. Tək müsbət cavab musiqiçi Serj Tankyandan gəldi. Kim Kardaşyan və Aleksis Ohanyandan isə hələ də bir cavab yoxdur.

Qeyd edək ki, Ermənistandakı ümumi iqtisqdi vəziyyəti nəzərə alaraq 1992- ci ildə yaradılan «ÜMUMERMƏNİ» yardım fondu elə həmin ildən başlayaraq Televiziya kanalları vasitəsilə bütün dünyaya yayımlandı və dünya ermənilərindən Ermənistan xalqı üçün yardım toplamağa başladı. 27 il ərzində toplanan yardımın ümumi məbləği 370 milyon ABŞ $ olmuşdur.

Bütün bunlara baxmayaraq, 2006 -cı ilə qədər toplanan pullardan demək olar ki, aidiyyatı üzrə istifadə olunmadığına toplanılan yardımların məbləği elə həmin ildən indiyədək rəsmi cədvəl üzrə xalqa məlumat verilir.

Cədvəldən də göründüyü kimi, dünən keçirilən telemarafonda toplanan məbləğ 9,8 milyon ABŞ $ olmuşdur ki, bu da 2006- cı ildən indiyədək toplanan ən aşağı məbləğdir.

İSMAYIL TANRIVERDİ
BDU, Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share