Bir Fətulla Hüseynov vardı…Məkanı cənnət olsun!

Fətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 1960-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb.

1993-cü il 21 dekabrda Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd «Şturm-S», 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

Fətulla Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib.

Qara polkovnik ləqəbli Fətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir. Hacı Məmmədov məhkəmədə bu qətlin də «siyasi sifariş» olduğunu bildirmişdi.[3] Amma sifarişçinin kimliyini açıqlamamışdı.

Allah rəhmət eləsin!

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share