19.04.2024

BOLŞEVİKLƏR DEYİRDİ Kİ, AZƏRBAYCANIN XİLASI RUSİYA İLƏ BİRLƏŞMƏKDƏDİR

(Ruslaşdırmaya qarşı gəlmiş birinci katib )

Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra ümidlərini ruslarda axtaranların gözlədikləri olmadı. Azərbaycanın xilasından söz edilə bilməzdi.

Belə ki, Azərbaycanlıların idarəetmədə ümumilikdə vəziyyəti belə idi:

1. Azərbaycan Baş İqtisad Şurasında — 1928-ci ildə Azərbaycan türkləri yüzdə 31, 1931-ci ildə isə yüzdə 22 olmuşdur.

2. Sığorta idarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 12, 1929-cu ildə yüzdə 16, 1931-ci ildə yüzdə 14.

3. Azərbaycan Neft Komitəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 9, 1929-cu ildə yüzdə 7, 1931-ci ildə yüzdə 5.

4. Dövlət Plan İdarəsində –1928-ci ildə Azərbaycan türkləri yüzdə 67, 1931-ci ildə yüzdə 39-a enmişdir.

5. Baş Dövlət Məhkəməsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 66, 1937-ci ildə yüzdə 46.

6. Maarif Vəkalətində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 65 ikən, 1931-ci ildə 104 məmurdan 50-ni ermənilər təşkil edirdi.

7. Azərbaycan Dövlət Nəşriyyat İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 51, 1931-ci ildə yüzdə 43.

Bakıda ruslaşmanın daha güclü aparıldığını “Zarya Vostoka” qəzetinin 1931-ci il 11 iyun sayındakı məlumatdan görmək mümkündür: “Bakı Sovetinin məsul işçilərinin 45 faizi ruslar, 17 faizi ermənilər, 16 faizi isə türklərdir.

Qeyd edək ki, Azərbaycanlılar əksər hallarda rəhbər vəzifələrdə deyildilər.

Yenə həmin ildə Azərbaycanda mövcud olan 12 ali məktəbdən ancaq birində – yəni Pedaqoji İnstitutda tədris azərbaycan dilində, qalanında isə rusca aparılırdı.

Bu “ruslaşdırma siyasəti”ni ilk dəyişdirmək istəyənlərdən biri 1954-1959-cu illərdə Azərbaycana başçılıq etmiş İmam Mustafayev oldu. Onun Azərbaycan idarəçilik sistemində ana dilini müdafiə etməsi sonradan vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.

Bunlar Çingiz İldırım, Əli Heydər Qarayev, Nəriman Nərimanov, Əli Bayramlı, Məşədi Əzizbəyov kimi bolşeviklərin xalqımıza vəd etdikləri «işıqlı günlərin» nəticəsi idi./Difai təşkilatı/

Qeyd: Fotodakı şəxs İmam Mustafayevdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: