28.03.2024

«Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə» medalı təsis edilir

Prezident İlham Əliyev “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunu imzalayıb.

Dəyişikliklə “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: