2-ci qrup müharibə əlili polkovnik Bəxtiyar Abdullayev vəfat etdi

DİN-in Daxili Qoşunların baş zabitləri arasında Silahlı Qüvvələr Veteranı və 2-ci qrup müharibə əlili  polkovnik Bəxtiyar Abdullayev 2022 — ci ilin avqust ayının 12 -də vəfat edib .

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Fədai.az kollektivi,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev,  Daxili Qoşunların  ehtiyatda və istefada olan  hərbi vəzifəliləri,  hal — hazırda onun  Daxili İşlər Nazirliyi Daxili Daxili Qoşunlarında xidmət edən iş yoldaşları Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik Bəxtiyar Abdullayevin vəfatından kədərləndiyini bildirir, məhrumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

     Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik Abdullayev Bəxtiyar Fəttah oğlu 28 avqust  1958-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olub.

     O, 1965-1975-ci ilərdə Ağsu rayonunun Dilman və Kalva kənd orta məktəbələrində  orta təhsilini başa vurmuşdur. Polkovnik Bəxtiyar Abdullayev 1975-ci ildə Bakı Mədəni Maarif Texnikomuna daxil olmuş,  1977-ci ildə  həmin Texnikomu, 1980- ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni Maarif fakultəsinə daxil olub, 1985-ci ildə həmin İnstitutu bitirib.

     Polkovnik Bəxtıyar Abdullayev 1978-1980-ci illərdə Arxangelsk vilayətinin Şenkursk şəhərində Havadan Müdafiə Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə rabitəçi  vəzifəsində olub.

     O, 1980-1991-ci illərdə Daxili İşlər Nazirliyinin Yanğından mühafizə idarəsinin 5 nömrəli yanğından mühafizə dəstəsində siyasi şöbənin təlimatçısı, dəstə rəisinin müavini,  1992-ci ildən 2012-ci ilin son ayına kimi Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Baş İdarəsinin  hərbi hissələrində hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, Agdam rayonunda yerləşən hərbi hissənin komandiri, DQBİ-nin Mətubat xidmətinin rəisi  və hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət edib.

      Bəxtiyar Abdullayev erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatları zamanı dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmiş,özünü bir komandir kimi doğrultmuşdur. Belə ki, 25 iyun 1992-ci  tarixdə Əliağalı kəndində gedən döyüşlərdə onun başçılıq etdiyi şəxsi heyət düşmənin qarşısından  geri cəkilməmiş, xeyli davam edən döyüşdən sonra düşmən geri oturdulmuşdur.                    

       Polkovnik B. Abdullayev, Ağdam rayonunun onlarla yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi üzrə əməliyyatlarda  yaxından iştirak etmişdir. O, 16 iyun 1993 -ci ildə Ağdam rayonunun Əlimədətli yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi zamanı ağır yaralanmışdır.

             Bəxtiyar Abdullayev DQBİ-nin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Nümayəndə heyətinin tərkibində Ankarada, İstanbulda, Moskvada və Brüsseldə işgüzar səfərdə olub.  

       Bəxtiyar Abdullayev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Bas İdarəsinin Mətbuat xidmətinin və Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin əsasnamələrinin   tələblərinə və vəzifə borcuna əməl  etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.

    O, humanistliyi və səmərəliliyi ilə secilən ən məhsuldar dövrünün 34 ildən cox şərəfli xidmət yolunun  on dörd ilini   Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində, iyrimi ilini isə Daxili Qoşunlarda   keçirərək, Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      Bəxtiyar Abdullayev Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində O,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

         Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik  Bəxtiyar Abdullayev  Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş  İdarəsinin Şöbə və xidmətlərinidə, hərbi hissə və bölmələində işlədiyi müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə o, Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Din-in Baş Yanğından Mühafizə idarə rəisinin, xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə «əla xidmətlərə görə» döş və «yubiley» nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.

O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə,ictimai təhlükəsizliyin təmin edilməsində, Dövlətin ərazi bütövlüyünün  təmin edilməsində, Döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə,öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin və Daxili İşlər Nazirinin müvafiq sərəncam və əmrləri ilə  aşağıdakı medallar təltif olunub:

Vətən uğrunda»  medalı ilə;

— «Silahlı Qüvvələr Veteranı » medalı ilə;

-» Hərbi Xidmətdə Fərqlənməyə Görə  » 3  dərəcəli medal ilə;

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim   ili xidmətə görə,

-«Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

— «Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

 Allah Rəhmət eləsin,məkanın cənnət olsun!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: