19.03.2024

Petrosyanın sensasion açıqlaması üzə çıxdı — «Axı bu halda Azərbaycanın ərazi bütövlüyü pozulmuş olmur» — FOTOFAKT

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın (1991-1998) Qarabağla bağlı sensasion açıqlaması üzə çıxıb.

Veteran.az modern.az-a istinadla xəbər verir ki, 1992-ci ildə Qarabağ müharibəsi gedən zaman Yerevanda “Komsomolskaya Pravda” qəzetinə müsahibə vermiş Ter-Petrosyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar respublika kimi mövcudluğunu dəstəkləmişdi.

“İstərdim ki, Azərbaycanın tərkibində muxtar respublikanın mövcudluğu bütün tərəfləri məmnun etmiş olsun. Axı bu halda Azərbaycanın ərazi bütövlüyü pozulmuş olmur, qarabağlılar isə fəaliyyətləri üçün müvafiq təminatı almış olurlar. Bu, bizim mövqeyimizdir. Biz bu məsələni istənilən səviyyədə müzakirə etməyə hazırıq”-deyə Levon Ter-Petrosyan bildirib.

Xatırladaq ki, Levon Ter-Petrosyan 1998-ci ilin fevralında “Qarabağ klanı”nın təzyiqi ilə təslimçilik damğası ilə istefa verməyə məcbur olmuşdu.

Levon Ter-Petrosyanın açıqlamasının “Komsomolskaya Pravda” səhifəsindəki «skrini»nini təqdim edirik. /Modern.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: